Daxil olun ən yaxşı təkliflərə daha sürətli çıxış üçün. Buraya klikləyin əgər hesabınız yoxdursa.
  • 2025-11-19 16:43
  • Jobs
  • Baku
  • 78 baxış
İstinad: 89

Bölgə: Baku

Maaş: 626 AZN

Tələblər:

  • Ali təhsil (biomühəndislik ixtisası üstünlük təşkil edir);
  • Tibbi biliklərə və ya tibb sahəsində təcrübə;
  • Xarici dil biliyi (İngilis dili və ya rus dili);
  • Satış meneceri və ya müvafiq sahədə minimum 1 il təcrübə;
  • Əla ünsiyyət və təqdimat bacarıqları, təqdimat və təkliflər hazırlamaq bacarığı;
  • Komanda ilə işləmə bacarığı, təşəbbüskar və nəticə yönümlü yanaşma.

 

Vəzifə Öhdəlikləri:

  • Laboratoriya cihazları, avadanlıqlar, reaktivlər və digər tibbi ləvazimatların satışını təşkil etmək və həyata keçirmək;
  • Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əlaqələri davamlı olaraq gücləndirmək;
  • Müştərilərlə görüşlər təşkil edərək yeni məhsullar, nümunələr və xidmətlər barədə ətraflı məlumat vermək;
  • Müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etmək və müsbət, uzunmüddətli əlaqələr qurmaq;
  • Təyin olunmuş satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün effektiv strategiyalar hazırlamaq;
  • Satış prosesinin hər bir mərhələsini izləmək, təhlil etmək və satış fəaliyyətlərini optimallaşdırmaq;
  • Satış hesabatlarını müntəzəm olaraq hazırlayıb rəhbərliyə təqdim etmək.

 

İş Şəraiti:

  • Əmək haqqı: 626-1326 AZN (Namizədin bilik və bacarıqlarına əsasən dəyişir)
  • İş rejimi: I-V günlər - 09:00-18:00.
  • Peşəkar inkişaf imkanları və komandada iş mühiti.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  Satış meneceri” qeyd etməklə cv@azerimed.comelektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Əlavə təfərrüatlar

Start Date
2025-11-19
Company
AzəriMed QSC
Work Type
Full-time